Bayraqdar.info – “Dünya Qida Günü, planetdəki hər bir insan üçün qidanın əhəmiyyətini xatırlatmaqla yanaşı, dünyada ərzaq təhlükəsizliyinə nail olmaq üçün hərəkətə çağırışdır. Bu gün bəşəriyyətin təxminən 40 faizi – üç milyard insan sağlam qidalana bilmir. Aclıq artmaqdadır. Yetərsiz qidalanma və çəki artımı də eynilə çoxalıb”.
Bu fikirlər BMT Baş katibi Antoniu Quterreşin Ümumdünya Qida Gününə dair müraciətində öz əksini tapıb.
BMT-nin ölkəmizdəki nümayəndəliyindən oktyabrın 15-də bayraqdar.info-ya verilən məlumatda belə deyilir.
Müracətdə daha sonra vurğulanır: “COVID-19-un iqtisadi təsirləri vəziyyəti daha da pisləşdirib. Pandemiyaya görədaha 140 milyon insan ehtiyac duyduğu qidanı əldə edə bilmir. Eyni zamanda, qidanı istehsal, istehlak və israf etmə tərzimiz planetimizə ağır zərbə vurur. Bunun təbii sərvətlərimiz, iqlimimiz və təbii mühitimizə göstərdiyi tarixi təzyiq bizə hər il trilyonlarla dollara başa gəlir. Bu ilin mövzusundan da aydın olduğu kimi, bunları dəyişmək öz əlimizdədir.
“Hərəkətlərimiz gələcəyimizdir”. Ötən ay dünya BMT-nin Qida Sistemləri Zirvəsində bir araya gəldi. Ölkələr qida sistemlərini dəyişdirmək üçün cəsarətli öhdəliklər götürdülər”.
Müracətdə bildirilir ki, sağlam qidalanmanı daha əlverişli və əlçatan etmək üçün. Qida sistemlərini istehsal və emaldan marketinqə, daşınmaya və çatdırılmaya kimi hər addımda daha səmərəli, davamlı və dayanıqlı etmək üçün. Hamımız qidanı necə istehlak edəcəyimizi dəyişə və daha sağlam seçimlər edə bilərik – özümüz və planetimiz üçün. Qida sistemlərimiz üçün hələ də ümid var: “Builki Dünya Qida Günündə hər bir insan üçün daha yaxşı bəslənmə, mühit və həyatı təmin edən qida sistemləri vasitəsi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün dəyişikliyə aparan addımlar atmaq öhdəliyini götürək”.