Bayraqdar.info – Oktyabrın 15-də Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Qanuna əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi təsdiqlənib. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram günü sayılacaq.
Xəbər bayraqdar.info-ya oktyabrın 15-də MM-in Mətbuat ximətindən verilib.