Bayraqdar.info – Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən oktyabrın 14-də bayraqdar.info-ya verilən məlumata görə, ölkə üzrə 13 oktyabr 2021-ci il tarixində ümumilikdə 408 kub m həcmində oduncaq tədarük olunub.
Zaqatala rayonu üzrə 70 kub m, Qaxda 86 kub m, Şəkidə 18 kub m, Qusarda 30 kub m, Xaçmazda 11 kub m, Şabranda 10 kub m, İsmayıllıda 50 kub m, Qəbələdə 40 kub m, Lənkəran 31 kub m, Bərdə 15 kub m, Ağdaş 29 kub m, Sabirabad 4 kub m, Cəlilabad 9 kub m, Masallı 5 kub m həcmində oduncaq tədarük olunub.
Nazirlikdən qeyd edilib ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.