Press "Enter" to skip to content

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bayraqdar.info – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran və Masallı rayonlarında qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Meşə materiallarını Lənkəranda 44-BC-005 dövlət nömrə nişanlı “Zil” markalı, Masallı rayonunda isə 99-VK 742 dövlət nömrə nişanlı “Ford” markalı nəqliyyat vasitələrilə aparırmışlar.

Xəbər bayraqdar.info-ya oktyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib. Xəbərdə qeyd edilir ki, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı ümumilikdə 7,43 m3 həcmində işlik meşə materialı aşkar edilib.

“Araşdırma zamanı meşə materialının Masallı rayon sakini Ramin Səfərov və Lənkəran rayon sakini Xəyal Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1226 manat məbləğində ziyan dəydiyi məlum olub”.

“H.Əlizadə onu da qeyd edib ki, işlik materialın haradan əldə olunmasının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.