Press "Enter" to skip to content

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bayraqdar.info – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qaradağ və Xəzər rayonlarının Xəzər dənizi sahillərində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən oktyabrıın 14-də bayraqdar.info-ya bildirilib.

“Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib ki, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Elgün Paşayev və Xəzər rayon sakini Elşən Talışov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb.

“Eyni zamanda, Bərdə rayonu ərazisində qanunsuz ova cəhd edən rayon sakini Namiq Musayev də saxlanılaraq cərimələnib.” Xəbərdə belə bildirilir.

Mission News Theme by Compete Themes.