Press "Enter" to skip to content

Milli Məclisin sədri BMT rəsmisi ilə görüşüb

Bayraqdar.info – Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşüb.

Bu barədə oktyabrın 14-də bayraqdar.info-ya MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə dünyada baş verən dəyişikliklər fonunda qadınların bir çox sahələrdə artan rolu haqqında danışan S.Qafarova deyib ki, qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər.

“BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir müasir dövrdə gender məsələləri, qadınların cəmiyyətlərdə artan rolu, bir sıra ölkələrdə cinsi ayrı seçkiliklə bağlı problemlər və digər məsələlərə toxunub. O, iki il öncə Azərbaycana səfərini xatırladaraq, ölkədə gender sahəsində vəziyyətlə tanış olduğunu, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurlu olduğunu bildirib.

“Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

“Görüşdə MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qadınların cəmiyyətdə rolu barədə fikirlərini bölüşüb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.