Press "Enter" to skip to content

Gagauziya Başqanı Sahibə Qafarova ilə görüşüb

Son yeniləmə: 14 Oktyabr 2021 15:42

Bayraqdar.info – Oktyabrın 14-də Gagauziya Başqanı İrina Vlahın Avrasiya Qadınlar Forumu çərçivəsində Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşü olub.

Bu barədə oktyabrın 14-də İ.Vlah öz sosial media hesabında məlumat verib.

Xanım İ.Vlah bildirib ki, görüşdə COVID-19 ilə mübarizə və pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra Gagauziyanın sosial-iqtisadi infrastrukturunun inkişafına yönəlmiş yeni birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Başqan Çadır Lungadakı müasir İncəsənət Məktəbi qismində gagauz xalqına etdiyi hədiyyəyə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, adı çəkilən məktəbin tikintisi Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilir.

“Gagauziya hakimiyyəti yeni mədəniyyət və təhsil müəssisəsinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını vermək təşəbbüsünü irəli sürüb.

Söhbətin digər mövzusu, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək N.Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə Gagauziya nümayəndə heyətinin VIII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərinin müzakirəsi olub.

Gagauziyanın rəhbəri xanım S.Qafarovaya ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığının himayəsi altında keçiriləcək Muxtariyyətlərin İnkişafı və Tikintisi üzrə Beynəlxalq Konfransa hazırlıq işləri barədə danışıb.

“Muxtariyyətin sosial-iqtisadi infrastrukturunun inkişafına verdiyi dəstəyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə minnətdarıq. İndiki mərhələdə öz resurslarımız sürətli inkişaf tempini müəyyən etmək üçün kifayət deyil. Çadır Lunga İncəsənət Məktəbi uşaqlara sevinc, valideynlərə nikbinlik gətirən və şəhəri bəzəyən bir almazdır. Əminəm ki, gələcəkdə birlikdə daha çox iş görəcəyik”, – deyə İrina Vlah bildirib.

Mission News Theme by Compete Themes.