Press "Enter" to skip to content

Dövlət İmtahan Mərkəzi onlayn təlim təşkil edib

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Oktyabrın 13 -də Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov və aparıcı məsləhətçi Kamran Səfərov “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim təşkil ediblər.

Təlimdə Baş Prokurorluğunun əməkdaşları iştirak ediblər.

Xəbər bayraqdar.info-ya oktyabrın 14-də Dövlət İmtahan Mərkəzindən verilib.

Xəbərdə bildirilir ki, təlimdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibə keçirilmə qaydaları və s. haqqında ətraflı məlumat verilib. Habelə, təlimdə müsahibə komissiyasının reqlamenti, komissiya tərkibinin formalaşdırılması, sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.

Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat olub.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.