Bayraqdar.info – Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar. Həmçinin, bu günə qədər 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib. Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.
Bu barədə xəbər oktyabrın 14-də bayraqdar.info-ya Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilib.
Xəbərdə qeyd edilir ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. “Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstər olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər”, – deyə Nazirliyin xəbərində bildirilir.