Press "Enter" to skip to content

Bahar Muradova şəhid övladlarıyla “Tut əlimdən” layihəsində – VIDEO

Bayraqdar.info – “Tut əlimdən” layihəsinin növbəti iştirakçıları şəhid İlkin Əhədzadənin övladları Fidan və Ləmanla Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub.

Onların birgə keçirdiyi bir gün haqqında hazırlanmış veriliş bu gün, oktyabrın 14-də saat 18.30-da AzTV-də yayımlanacaq.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ƏƏSMN və AzTV-nin “Tut əlimdən” layihəsi şəhidlərimizin bizə əmanətləri olan övladlarının daim diqqət və qayğı əhatəsində olduqları mesajını cəmiyyətə çatdırmaqdır.

Layihə üzrə rəhbər vəzifəli və ya yaxud tanınmış hər hansı bir şəxs bir gününü şəhid övladları ilə keçirir, onarın qayğılarını bölüşür, asudə vaxtının faydalı keçməsinə dəstək olur.

Mission News Theme by Compete Themes.