Press "Enter" to skip to content

46 yaşlı UBP növbəti qurultaya hazırlaşır

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti növbəti siyasi proses ərəfəsindədir. 30-31 oktyabr tarixlərində Lefkoşada hakim Ulusal Birlik Partiyasının (UBP) növbəti qurultayı keçiriləcək. Bu barədə bir neçə gün öncə UBP genel başqanlığına namizədlər arasında ümumi razılıqdan sonra Partiya Məclisində qərar qəbul edilib.

KKTC mətbuatının məlumatına görə, qurultayda genel başqanlıq uğrunda dörd namizəd mübarizə aparacaq. Bunlar partiyanın hazırki genel başqanı və baş nazir Ersan Saner, həmçinin UBP millət vəkilləri Faiz Sucuoğlu, Zorlu Töre ve Hasan Taçoydur.

Qeyd edək ki, bu razılığın əldə olunması yüksək dəyərləndirilir. Əksər ekspertlər bunu 46 yaşlı hakim partiya daxilində birlik və bərabərliyin rəmzi kimi qiymətləndirirlər. O cümlədən KKTC-də keçiriləcək genel seçimlər öncəsi baş tutacaq bu qurultay siyasi sabitlik və hakim komandanın növbəti qələbəsi baxımından da önəmlidir.

Yeri gəlmişkən, bu günlərdə iştirak etdiyi tədbirlərin birində qurultay məsələslinə toxunan Cümhurbaşqanı Ersin Tatar UBP-nin ölkəni gələcəyə aparacaq ən köklü və ən böyük partiya olduğunu söyləyib. O, qurultayda namizəd olan hər kəsə uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.