Bayraqdar.info – Şamaxı rayon Mərkəzi Xəstəxanasında COVD-19 əleyhinə vaksinasiya olunmaq barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub. Məlumatlar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Xəbər bayraqdar.info-ya oktyabrın 13-də Baş Prokurorluqdan daxil olub.
“Araşdırma zamanı xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunmaları barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
“Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
“Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir”, – xəbərdə belə deyilir.