Bayraqdar.info – Bu günədək Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1716 şəxs (o cümlədən “142 – Çağrı mərkəzi” vasitəsilə 187şəxs) müraciət edib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsədi şəhid ailələri və qazilərəəmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrəxidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.
İlkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan bu mərkəzlərdə 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanı olmaqla 19 quruma aid 26 xidmət göstərilir.
O da qeyd edilib ki, mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 420 müraciət;
Müdafiə Nazirliyi üzrə 679 müraciət;
Səhiyyə Nazirliyi üzrə 43 müraciət;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 81 müraciət;
Yerli icra hakimiyyəti orqanları üzrə 122 müraciət;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 37 müraciət;
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 147 müraciət;
Çağrı mərkəzi–142 üzrə 187 müraciət.