Press "Enter" to skip to content

Vahid əlaqələndirmə mərkəzlərinə müraciətlər

Bayraqdar.info – Bu günədək Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1716 şəxs (o cümlədən “142 – Çağrı mərkəzi” vasitəsilə 187şəxs) müraciət edib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin  2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsədi şəhid ailələri və qazilərəəmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrəxidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.

İlkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan bu mərkəzlərdə 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanı olmaqla  19 quruma aid 26 xidmət göstərilir.

O da qeyd edilib ki, mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 420 müraciət;

Müdafiə Nazirliyi üzrə 679 müraciət;

Səhiyyə Nazirliyi üzrə 43 müraciət;

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 81 müraciət;

Yerli icra hakimiyyəti orqanları üzrə 122 müraciət;

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 37 müraciət;

Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 147 müraciət;

Çağrı mərkəzi–142 üzrə 187 müraciət.

Mission News Theme by Compete Themes.