Press "Enter" to skip to content

Türkiyədə İran agentlərinə qarşı uğurlu əməliyyat – VİDEO

Son yeniləmə: 13 Oktyabr 2021 22:32

Bayraqdar.info – Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İran agentlərinə qarşı uğurlu əməliyyat həyata keçirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Vanda keçmiş iranlı zabiti qaçırmaq istəyənlər saxlanılıb. Onlardan ikisi İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) agenti olub. MİT tərəfindən keçirilən əməliyyat nəticəsində ümumilikdə 8 nəfər cinayət başında yaxalanıb.

Belə ki, Vanda yaşayan keçmiş İran hərbçisi M.A.nı İrana qaçırmaq üçün göndərilən 2-si İran agenti olan 8 nəfər Türkiyə MİT tərəfindən həbs olunub. Türkiyə kəşfiyyatı müəyyən edib ki, İran agentləri M.A.nı İrana qaçırmaq üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmaq istəyiblər.

Həmçinin, MİT-in təqib etdiyi şəbəkə üzvlərinin İran kəşfiyyatı agentlərinin təlimatı ilə keçmiş əsgər M.A.nın həyat yoldaşına onlara yardım etməsi üçün 10 min dollar təklif etdikləri, təklifi qəbul etməməsi halında İranda yaşayan ailəsinə zərər veriləcəyi ilə təhdid etdikləri müəyyən olunub.

Beləliklə, uğurla hazırlanan əməliyyat öz müsbət nəticəsini verib. Bu il sentyabrın 24-də Türkiyə vaxtı ilə saat 21.00 radələrində M.A.nı qaçırmaq üçün evinə girmək istəyən İran vətəndaşı S.S. və Türkiyə vətəndaşı M.E.A. saxlanılıb. Davam edən əməliyyatda 6 Türkiyə vətəndaşından ibarət digər şəbəkə üzvləri də yaxalanıb.

Bayraqdar.info-dan vacib sözardı: İranın casus şəbəkəsinin məhz Vanda formalaşdırılmasına cəhd edilməsi də (səbəb nə olursa olsun) diqqətdən yayınmamalıdır. Məsələ burasındadır ki, Türkiyədəki ermənilər də zaman-zaman Van vilayətinə maraq göstərirlər. Hətta Van vilayətinin Gevas qəsəbəsindəki Akdamar kilsəsini öz adlarına çıxmağa çalışırlar. Halbuki bu kilsə xristian qıpçaq türklərinə məxsusdur.

https://www.youtube.com/watch?v=rsCPnyrSak0

Mission News Theme by Compete Themes.