Press "Enter" to skip to content

Prezident yolların yenidən qurulmasına pul ayırıb

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 13-də “Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbəri oktyabrın 13-də Prezidentin Mətbuat xidməti yayıb.

Mission News Theme by Compete Themes.