Bayraqdar.info – Hazırda Özbəkistanın Prezidenti olmaqla yanaşı prezidentliyə namizəd kimi seçki təşviqatı aparan Şavkat Mirziyoyev Nəvai vilayətində seçicilərlə görüş zamanı Talibanla münasibətlərə də toxunub.
Bu haqda məlumatı oktyabrın 13-də xabar.uz saytı yayıb.
“Taliban ilə ilk dəfə iki öl öncə danışıqlara başlamağımıza bir çox dövlətlər təəccüb etmişdi. Deyirdilər ki, onlarla necə danışmaq olar axı? Lakin biz müzakirələrə davam etdik”, – deyə Prezident bildirib.
Prezident deyib ki, qonşu ilə anlaşmaq və birgə yaşamağa öyrəşmək lazımdır: “Qonşu pisdirsə, başqa yerə köçüb getmək olmaz ki”.
“Əfqanıstan ilə yüz illərdir qonşu kimi yaşayırıq, bir çaydan su içirik. Belə bir durumda cəfakeş əfqan xalqıyla həmişə münasibətdə oluruq.
“Beş gün öncə xarici işlər nazirimizin başçılığı altında nümayəndə heyətimiz Əfqanıstana səfər etdi. Məqsəd faydalı əlaqələrin qurulmasıdır”, – deyə Ş.Mirziyoyev bildirib.
Prezident daha sonra sual edib ki, “nə etməliyik? Hər bir məsələ müzakirələr yoluyla həll olunur. Mənə təminatlı dinclik gərəkdir. Hamı öz xalqını düşünür. Mənə də öz xalqımın dincliyi, dövlətimizin mənfəəti gərəkdir”.