Press "Enter" to skip to content

Lerik-Kəlvəz yolu qaya uçqunundan təmizlənib

Bayraqdar.info – “Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.”

Xəbər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bayraqdar.info-ya oktyabrın 13-də verilib.

“Qeyd edək ki, oktyabrın 12-də səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş vermişdi. Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdı. Dərhal hadisə yerinə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunmuşdu”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.