Bayraqdar.info – 2021-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərcləri artıb.
Bu barədə bayraqdar.info-ya oktyabrın 13-də DSMF-dən məlumat verilib.
Bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında DSMF-nin xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 139,8 mln. manat və ya 4,0 faiz artıb.
O da qeyd edilib ki, xərclərin 97,4%-ni əhaliyə ödənişlər təşkil edib.