Bayraqdar.info – Güney Azərbaycan dəmiryolçuları iş yerində olmalarına baxmayaraq 9 oktyabrdan başlayaraq işləməkdən imtina edirlər.
“Azad İran” Telegram kanalı xəbər verir ki, onlar yubadılan əmək haqlarının nə vaxt veriləcəyinin bilinməməsinə etiraz edirlər.
Güney Azərbaycanın Dəmir Yolları İdarəsindəki qaynaqlardan verilən xəbərə görə, Azərbaycandakı texniki binaların bir qrup işçisi etiraza qalxıblar.
Sözügedən işçilər Səlmas, Culfa, Azərşəhr, Mərənd və Əcəbşir mahallarının dəmir yollarında çalışırlar. İşçilər, işəgötürənin onların aylıq maaşlarının gecikməsinə əhəmiyyət verməməsinə görə bir neçə gündür işi dayandırıblar.
Azərbaycan dəmiryolçularının sözlərinə görə, onların maaşları avqust ayından bəri verilmir. İşçilər öz aylıq maaşlarının və sığorta haqlarının ən azı bir qisminin ödənilməsini tələb edirlər.