Bayraqdar.info – Oktyabrın 16-da Bakıda Latviyanın tekstil rəngkarlığı üzrə tanınmış rəssamları İrisa Blumayte və İveta Besenanenin “All in Two” adlı sərgisi açılacaq.
Bu barədə bayraqdar.info-ya oktyabrın 13-də Azərbaycan Dövlət Rəsm Qalereyasından xəbər verilib.
“Noyabrın 15-dək fəaliyyət göstərəcək sərgidə hər iki sənətkarın toxuculuq sənətinə dair düşüncələrə, həmin sənətdəki dəyişikliklərə həsr olunmuş əsərləri təqdim olunacaq.
“Tekstil rəngkarlığı daim Latviya mədəniyyətinin məxsusi parçası, milli incəsətinin ən çox sevilən istiqamətlərindən biri olub. Bu sənət əsrlər boyu təşəkkül tapmış xalq incəsənətinə əsaslanan dərin tarixi ənənələrə malikdir”, – deyə xəbərdə qeyd olunur.