Bayraqdar.info – 2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və “Code Academy” şirkətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin ümumilikdə minə yaxın tələbəsi İnformasiya Texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq.
Bu barədə bayraqdar.info-ya oktyabrın 13-də Təhsil Nazirliyindən bildirilib.
“İlkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetininin müvafiq ixtisaslarda təhsil alan 150-yə yaxın tələbəsinə proqramlaşdırma, şəbəkə administratorluğu, İT mütəxəssisi (helpdesk), sistem və bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub”, – deyə xəbərdə bildirilir.
Qeyd edək ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım da edib.
İlkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetininin müvafiq ixtisaslarda təhsil alan 150-ə yaxın tələbəsinə Proqramlaşdırma, Şəbəkə Administratorluğu, İT mütəxəssisi (helpdesk), Sistem və Bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.
— Emin Amrullayev (@EminAmrullayev) October 13, 2021