Press "Enter" to skip to content

Tovuzda “Beynəlxalq Kənd Qadınları Günü”

Bayraqdar.info – Bu həftə dünyada Beynəlxalq Kənd Qadınları Günü (15 Oktyabr) və Dünya Ərzaq Günü (16 Oktyabr) qeyd olunur. Tədbirlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Kənd Qadınları Assosasiyası ilə sıx əməkdaşlıq şəraitində təşkil olunur.

Bu barədə oktyabrın 12-də bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Xəbərdə deyilir ki, oktyabrın 11-də Tovuz şəhərində “Kənd qadınlarının COVID-19-un təsirlərinə qarşı dayanıqlılığını gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) “Qadınların iqtisadi güclərinin artırılması” layihəsi və USAID Özəl Sektor Fəaliyyəti Proqramının “Qadınların Assosiasiyalarda iştirakı” layihələrindən faydalanan 50-dən çox iştirakçı və Kənd Qadınları Assosasiyası üzvləri iştirak ediblər.

“Bu proqram çərçivəsində “Qadınların iqtisadi güclərinin artırılması – WEP” layihəsi və Gənc kənd qadınlarının və kişilərinin, o cümlədən həssas əhali qruplarından olanların özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məqsədilə Aqrar Məşğulluğun Artırılması – AMAL” layihəsi xüsusilə vurğulanıb. Qeyd edilib ki, WEP layihəsi 12 rayonu əhatə edir və 300-ə yaxın qadın benefisiarı var, AMAL layihəsinin isə benefisiarlarının 30%-ni qadınlar təşkil edir.

“Tədbir çərçivəsində kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakını təmin etmək və bacarıqlarını gücləndirmək üçün “Qadınların inkişaf prosesində iştirakı” mövzusunda dəyirmi masa təşkil edilib. Daha sonra qadın sahibkarların istehsal etdiyi kənd təsərrüfatı məhsullarından ibarət məhsul yarmarkası təşkil olunub. Tədbirin sonunda FAO-FATP “Qadınların iqtisadi güclərinin artırılması” layihəsi çərçivəsində yaradılan Qazax, Ağstafa, Tovuz, Ağdam və Gədəbəydən olan 5 qadın qrupuna məlumat əldə etmək və bazara çıxışa dəstək olacaq avadanlıqlar təqdim olunub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.