Press "Enter" to skip to content

“Qan verək, vursun ürək!”

Bayraqdar.info – Azərbaycan Telefon Rabitəsinin 140 illik yubileyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində oktyabrın 11-də “Qan verək, vursun ürək!” şüarı ilə qanvermə aksiyası keçirilib.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Məlumatda deyilir ki, Nazirliyin binasında təşkil olunan aksiyada nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev də iştirak edib.

“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə keçirilən qanvermə aksiyasına nazirliyin aparatının və struktur bölmələrinin əməkdaşları da qoşulublar.

“Karantin rejimi qaydalarına uyğun şəraitdə keçirilən aksiya zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb. Tibbi müayinədən sonra onlardan qan götürülüb.

Aksiyada ümumilikdə 32 nəfər qan donoru olub. Yığılan qan ehtiyatı yoxlanılaraq Qan Bankına təhvil veriləcək”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.