Bayraqdar.info – Oktyabrın 12-də müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələri Əməliyyat Komandanlığı Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Bülent Turan ilə görüşüb.
Bu barədə xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olub.
“General-leytenant K.Vəliyev Azərbaycan ordusunun bölmələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində əldə etdiyi müsbət nəticələri və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
“Kontr-admiral B.Turan NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə Azərbaycan ordusunun hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
“Görüşdə NATO ilə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə bildirilir.