Press "Enter" to skip to content

Molla rejimi Təbrizli fəalları mühakimə edir

Bayraqdar.info – 2021-ci il iyulun 24-də əl-Əhvaz ərəblərinə dəstək məqsədilə Təbrizdə keçirilən aksiya ilə bağlı saxlanılan 6 fəalın cinayət işi Təbrizin “Şəhid Mədəni İkinci Kompleksi”nin 111-ci cəza bölməsinə göndərilib.

Məhkəmənin elektron sistemində yayılan məlumatda Nadir Sadiqiyani, Yusif Sələhşur, Vəhid Əbhəri, Əmir Səttari, Şahin Bərzgər və Məhəmməd Muradiyənin “qovluğ”unun bir hissəsinin adıçəkilən məhkəməyə göndərildiyi qeyd olunur.

Bildirişdə deyilir ki, onların hansı tarixdə müraciət etmələri ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə əl-Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyada “Azərbaycan əl-Əhvaz, İttihad, ittihad” və bu kimi şüarlar səsləndirilib.

Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.