Bayraqdar.info – Oktyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Mənalı naxış” adlı ustad dərsi keçiriləcək.
Xalça Muzeyindən bayraqdar.info-ya bildirilib ki, rəssam Çingiz Babayevin iştirakı ilə reallaşacaq dərslərdə hər bir xalça ornamentinin yaranma prosesi, onun hansı məna daşımasının sirləri haqqında məlumat veriləcək. Dərslər “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində təşkil olunacaq. Rəssam həm də müəllifi olduğu naxışı hazırlamağa kömək edəcək.
Ustad dərsləri bir neçə texnikalarda və müxtəlif yaş qrupları üçün təşkil olunur.