Bayraqdar.info – Bakı Fotoqrafiya Evində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Litvanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə açılan “Litva tatarları” adlı fotosərgi davam edir.
Bu barədə bayraqdar.info-ya oktyabrın 12-də Bakı Fotoqrafiya Evindən bildirilib.
“Litva tatarlarının tarixinə həsr olunan sərgidə həm müasir, həm də tarixi əsərlər təqdim olunur. Tarixi fotoşəkillərdə XX əsrin birinci yarısında yaşayan tatarların Litva cəmiyyətinin müxtəlif sahələrində – din, təhsil, hərb, dəmir yolu və məhkəmə sistemlərinə verdiyi töhfələrlə, eləcə də tatar icmasının həyatının əsas istiqamətləri əksini tapıb. Müasir fotoşəkillər, əsasən, fəaliyyət göstərən məscidlərin indiki görünüşlərini və tatar icmasının həyatını əks etdirir.
“Qeyd edək ki, Litva Parlamenti tərəfindən bu il ölkədə “Litva Tatarlarının tarixi və Mədəniyyət İli” elan olunub. XIV əsrdən etibarən tatarlar İslama əsaslanan unikal və özlərinəməxsus mədəniyyəti qoruyaraq, eləcə də yerli dilləri doğma qəbul edərək Litvada məskunlaşmağa başlamışlar.
“Sərgi Bakı Fotoqrafiya Evində noyabrın 2-dək davam edəcək”, – deyə xəbərdə qeyd edilir.