Bayraqdar.info – Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin oktyabrın 5-də İstanbulda, 9-da isə Ankara şəhərində premyerası keçirilib.
Bu haqda bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Premyerada filmin qəhrəmanı, tanınmış türkiyəli telejurnalist Fulya Öztürk, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, filmin prodüserləri – “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, “Dada Yapım” şirkətinin rəhbəri Özcan Dada, filmin yaradıcı heyəti, Ankarada yaşayan diaspora nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“Film 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edir.
“Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
“Çəkilişlər bu ilin iyun ayında Bakı, Gəncə, Bərdə və Tərtər ərazilərində aparılıb.
“Qeyd edək ki, filmin bu ilin oktyabr ayının ortalarından etibarən Azərbaycanın kinoteatrlarında nümayiş olunması nəzərdə tutulub.” Xəbərdə belə qeyd edilir.