Bayraqdar.info – 2021-сi ilin sentyabr ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 21,9 min nəfər və ya 0,49 faiz artıb.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-nə uçota alınmış sığortaolunanların sayı 4,54 milyon nəfər təşkil edib.