Bayraqdar.info – Oktyabrın 8-11-də Gənclər və İdman Nazirliyi Azərbaycan Atletika Federasiyası ilə birgə, şəhid idmançı Arif Qeybiyevin xatirəsinə həsr olunmuş atletika idman növünün şosse qaçışı üzrə Respublika turniri keçirib.
Xəbər bayraqdar.info-ya oktyabrın 11-də Nazirlikdən verilib.
Xəbərdə bildirilir ki, Astara şəhərində keçirilən yarışda 12 komandanı – Bakı (3 komanda), Gəncə, Bərdə, Cəlilabad, Lənkəran, Astara, Biləsuvar, Naxçıvan, Qusar, Lerik şəhər və rayonlarını təmsil edən 120 idmançı mübarizə aparıb.
“2004-cü il təvəllüdlülər və ondan kiçiklərin yarışında, əvvəlcə 500 metr məsafəyə qızlar və oğlanlar, sonra 1000 metr məsafəyə qaçış üzrə qızlar və oğlanlar mübarizə aparıblar.
“500 metr məsafəyə qızlar arasında qaçışda l yeri Bahar Mustafayeva (Bərdə), ll yeri Ləman İsfəndiyarova (Bakı), lll yeri Tutuxanım İsrafilova (Bakı), 500 metr məsafəyə oğlanlar arasında qaçışda l yeri Mahmud Mehdiyev (Bakı), ll yeri Kənan Dəryahov (Bakı), lll yeri Elvin Cəfərov (Bakı).
“1000 metr oğlanlar arasında yarışda l yeri Namiq Əsədov (Bakı), ll yeri Vahid Kərimov (Bakı), lll yeri Elman Abışov (Bakı), 1000 metr məsafəyə qızlar arasında qaçışda l yeri Anna Yusupova (Bakı), ll yeri Ayşən Ağayeva (Bakı) tutublar.
“Qaliblərə diplom, medal və pul mükafatları təqdim edilib, – deyə xəbərdə bildirilir.