Press "Enter" to skip to content

Prezidentdən islahat işığında yeni fərmanlar

Prezident İlham Əliyev

Son yeniləmə: 11 Oktyabr 2021 21:57

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 11-də “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə Azərbaycanın dəniz limanlarında fəaliyyətinin dövlət tənzimlənməsinin formalaşdırılması məqsədilə Dövlət Dəniz və Liman Agentliyi yaradılıb.

“Fərmana əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (DDA), DDA-nın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik bu göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

“Prezidetnin digər bir fərmanı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılıb. Agentlik avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini həyata keçirmək məqsədilə yaradılıb. Həmçinin, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi və rəqabətədavamlı avtomobil nəqliyyatı sahəsinin formalaşdırılması əsas prioritetlərdəndir.

“Həmçinin Avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.