Press "Enter" to skip to content

Nazir Rusiya və Yaponiya səfirləri ilə görüşüb

Bayraqdar.info – Oktyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, 3-cü katib Ono Taiçi və səfirliyin əməkdaşı Aysel Məmmədli ilə görüşüb.

Xəbər oktyabrın 11-də Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilib.

“Nazirlikdə keçirilən görüşlərdə həm Rusiya, həm də Yaponiya ilə ikitərəfli əlaqələrin əhəmiyyəti vurğulanıb, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşlər zamanı Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarında və Rusiyanın Kazan şəhərində təşkil edilmiş Birinci MDB Oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə danışan nazir Fərid Qayıbov hər iki yarışın yüksək səviyyədə təşkil olunmasını vurğulayıb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.