Bayraqdar.info – Oktyabrın 11-də Monqolustanın xarici işlər naziri Batmunx Battsetseq başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Nur-Sultanda Beynəlxalq Türk Akademiyasında (BTA) olub və təşkilatın fəaliyyəti ilə tanış olub.
Xəbəri oktyabrın 11-də BTA yayıb.
“Xarici işlər nazirini Monqolustanın Qazaxıstandakı səfiri Luvsan Battulqa, Monqolustan XİN-in Asiya və Sakit Okean Ölkələri Departamentinin direktoru Erdenetsoqt Sarantoqos və Monqolustan Parlamentinin deputatları Tumurtoaxon Enxtuvşin və Tileuhan Aubakir müşayiət edib.
“Görüş çərçivəsində Türk Akademiyası tərəfindən nəşr olunan bir sıra kitabların təqdimatı olub.
Nazir B.Battsetseq Akademiyanın qonşu ölkələrin ortaq dəyərlərini öyrənmək və qardaş xalqların əlaqələrini gücləndirmək səylərini yüksək qiymətləndirdiyini bildirib.
“Bununla yanaşı, nazir Türk Akademiyasının prezidenti Darhan Qıdırəliyə Monqolustan Prezidentinin Fərmanı ilə verilən, dövlətin ali mükafatı “Qütb Ulduzu” (“Altan Gadas”) ordenini təqdim edib”, – deyə xəbərdə bildirilir.