Press "Enter" to skip to content

“eTwinning Plus” layihəsi üzrə üçgünlük seminara başlanıb

Bayraqdar.info – Oktyabrın 11-də Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında keçirilən üçgünlük seminar işə başlayıb.

Bu haqda oktyabrın 11-də bayraqdar.info-ya Təhsil Nazirliyndən məlumat verilib.

Məlumatda deyiir ki, seminarın açılış mərasiminə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Türkiyə Təhsil Nazirliyinin dairə başqanı Mustafa Hakan, “eTwinning” layihə koordinatorları, Azərbaycanın müxtəlif bölgələrindən 36 nəfər müəllim və Türkiyədən 36 nəfər müəllim qoşulub.

““Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunan seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin, “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.

“11-13 oktyabr tarixlərini əhatə edəcək seminar çərçivəsində media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunacaq. Təlimlər yerli və türk mütəxəssislər tərəfindən aparılacaq”, – deyə məlumatda bildirilir.

Məlumatda o da bildirilir ki, Azərbaycan 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkədən indiyədək 927 məktəbdən 3 min 224 müəllimin iştirakı ilə 3 min 432 təhsil layihələri həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb.

Mission News Theme by Compete Themes.