Bayraqdar.info – Oktyabrın 10-da Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında gənc kursantların andiçmə mərasimi kеçirilib.
Məlumat bayraqdar.info-ya oktyabrın 11-də DSX-nin Mətbuat Mərkəzindən daxil olub.
Məlumatda bildirilir ki, dövlət himnin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra DSX-nin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.
“Tədbirdə DSX Akadеmiyasının rəisi, polkovnik Aqil Babayev çıxış edib.
Vətən müharibəsində Silahlı Qüvvələrin, o cümlədən DSX-nin heyəti arasında şəhadət zirvəsinə ucalan qəhrəmanlar sırasında DSX Akademiyasının məzunu olmuş 4 zabitin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyü vurğulanıb. Bizlərə qələbə sevincini yaşatmış şəhidlərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.
“Gənc kursantlar adından Azər Əlizadə çıxış edərək şəhidlərin qanı və canı bahasına azad olunmuş torpaqlarda şərəflə xidmət edəcəklərinə, üçrəngli müzəffər bayrağın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövləti maraqları ən yüksək səviyyədə qoruyacaqlarına söz verib.
“Mərasim başa çatdıqdan sonra gənc kursantlar 2-ci Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək Hərbi Qənimətlər Parkında olublar”, – deyə məlumatdda bildirilir.