Bayraqdar.info – Oktyabrın 10-da Almaniyanın Brandenburq şəhərində sumo üzrə böyüklər arasında Avropa kuboku keçirilib.
Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə belə deyilir.
“Bu yarışda 12 ölkədən 150 nəfərdən çox idmançı iştirak edib. Azərbaycanı Samir Abdullayevin rəhbərliyi altında Məhərrəm Eyvazov (70 kq) və Cavid Mustafayev (77 kq) təmsil ediblər. Hər iki sumoçu bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Məhərrəm Eyvazov (70 kq) ardıcıl Fransa, Almaniya, Macarıstan və finalda Polşa sumoçusunu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavid Mustafayev (77 kq) isə Macarıstan, İtaliya, Almaniya və Ukrayna rəqiblərinə qalib gələrək birinci olub.
Azərbaycan komandası ümumi medal hesabında üçüncü pillədə qərarlaşıb”, – deyə xəbərdə qeyd edilir.