Bayraqdar.info – ABŞ rəsmiləri Taliban rəsmiləri ilə görüşüb.
Bu barədə xəbər bayraqdar.info-ya oktyabrın 11-də ABŞ Dövlət Departamentindən daxil olub.
Departamentin sözçüsü Ned Praysın yaydığı xəbərdə deyilir ki, oktyabrın 9-10-da ABŞ-ın müxtəlif qurumlarını təmsil edən nümayəndə heyəti Qatarın paytaxtı Dohaya səfər edərək burada Hazırda Əfqanıstanda dövləti idarə edən Taliban təmsilçiləri ilə görüşüb.
ABŞ nümayəndələri güvənlik və terrorçuluq, həmçinin ölkə vətəndaşlarının, eləcə də başqa əcnəbilərin, Əfqanıstandan olan tərəfdaşların ölkədən təhlükəsiz çıxışı məsələlərini müzakirə ediblər. Eyni zamanda insan haqları, qadınların əfqan cəmiyyətində tam iştirakı məsələləri müzakirə edilib.
Tərəflər həm də Əfqanıstana ABŞ-ın humanitar yardımları ilə bağlı müzakirə aparıb.
ABŞ tərəfi peşəkar danışıqlar aparmaqla bərabər Talibana münasibətin onun sözlərinə deyil, əməllərinə görə olacağını diqqətə çatdırıb.