Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.
Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
“Dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub. Prezident Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub. Daha sonra ölkə rəhbəri 35 kv-luq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.
“Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.” Məlumatda belə deyilir.