Press "Enter" to skip to content

Peru mediasında Sahib Aliyevlə müsahibə

Bayraqdar.info – Peru Jurnalistləri Federasiyasının rəsmi səhifəsində qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin Milli Məclisdə Azərbaycan-Peru parlamentlərarası işçi qrupunun sədri, millət vəkili Sahib Alıyev ilə müsahibəsi əsasında məqaləsi dərc olunub.

Bu barədə bayraqdar.info-ya oktyabrın 9-da Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, müsahibədə S.Alıyev Azərbaycanla Peru arasında ikitərəfli əlaqələrin tarixindən və hazırkı durumundan danışıb. O, bu xüsusda 2019-cu ildə Perunun Azərbaycandakı diplomatik nümayəndəliyinin fəaliyyətini müvəqqəti dayandırmasının dostluq əlaqələrimizin ruhuna uyğun gəlmədiyini bildirib. Millət vəkili yaxın vaxtlarda Peru Konqresindəki Azərbaycanla dostluq qrupu ilə görüşməyi və Bakıdakı səfirliyin fəaliyyətini bərpa etməsi üçün Peru hökumətinə birgə müraciət edilməsi haqda müzakirələr aparmağı planlaşdırdığını qeyd edib.

Sonra millət vəkili Peru Konqresinin 2013-cü ildə Xocalı soyrımını tanıyan sənəd qəbul etməsinə görə təşəkkürünü ifadə edib.

Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi qismindəki fəaliyyətindən danışan S.Alıyev, Perunun da QH çərçivəsində fəallığını artırmasının təşkilatın nüfuzunun möhkəmlənməsi baxımından faydalı ola biləcəyini söyləyib.

Mission News Theme by Compete Themes.