Press "Enter" to skip to content

Bu ilin 9 ayında 63 minə qədər şəxs işlə təmin edilib

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 62 min 673 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 9-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 23 min 289-u ödənişli ictimai işlərə cəlb olunub.

Həmçinin Agentlik tərəfindən mühüm istiqamətlərdən biri olan özünüməşğulluq proqramının icrası işləri də davam etdirilib. Artıq 11 min 950 nəfərin proqrama qeydiyyatı aparılıb. Onlardan 6 min 883 nəfəri seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilərək kiçik təsərrüfatlarını yaradıblar.

Qeyd olunan dövr ərzində həmçinin, Agentlik tərəfindən 262 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 147 nəfər isə peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.

Mission News Theme by Compete Themes.