Press "Enter" to skip to content

Türkiyənin yeni hərbi attaşesi nazirə təqdim olunub

Bayraqdar.info – Oktyabrın 8-də Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi, general-mayor Zekeriya Yalçın müdafiə naziri, general-polkovnik Zakir Həsənova təqdim olunub.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb.

Xəbər bayraqdar.info-ya oktyabrın 8-də Müdafiə Nazirliyindən verilib.

“Ölkədə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

“Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

“Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.