Bayraqdar.info – Milli Məcisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Heger ilə görüşüb.
Məlumat oktyabrın 8-də bayraqdar.info-ya MM-dən daxil olub.
“Slovakiyanın Baş naziri MM sədrini salamlayaraq, Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. E.Heger iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini xüsusilə qeyd edib. O, COVID-19 pandemiyasına qarşı mübarizə istiqamətində Slovakiyada görülən işlər və pandemiya ilə bağlı cari vəziyyət barədə S.Qafarovaya məlumat verib, Azərbaycanda bu sahədə atılan addımlarla maraqlanıb.
“S.Qafarova nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker bu səfərin MM sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcək.
“Milli Məclisin sədri həmçinin, Ermənistanın bölgədə daimi sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olan təxribatları barədə də məlumat verib.
“Söhbətdə spiker S.Qafarova Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizədə görülən işlər, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə reallaşan beynəlxalq tədbirlər barədə məlumat verib.
“Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşün sonunda S.Qafarova Baş nazir Eduard Hegerə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib”, – deyə məlumatda qeyd edilir.