Bayraqdar.info – Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Məlumatda o da qeyd edilir ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.