Bayraqdar.info – Oktyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub. Nazir velosiped idmanı üzrə yığma komanda üzvləri ilə, eləcə də paravelosipedçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.
Məlumat bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən verilib.
“F.Qayıbov Velosiped Federasiyasında və Respublika Velotrekində yaradılmış şəraitlə də maraqlanıb. Daha sonra o, Federasiyanın nəzdindəki muzeyə baxıb. Federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov nazirə Federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, Federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
“Görüşdə Federasiyanın baş katibi Fərhad Əliyev və yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov da iştirak edib”, – deyə məlumatda qeyd edilir.