Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Daşınmaz Əmlak Komissiyasının sədri təyin olunan Növber Ferit Vechini qəbul edib.
Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, E.Tatar qəbuldakı çıxışında Növber Ferit Vechinin uzun illər KKTC Xarici İşlər Nazirliyində və müxtəlif mərkəzlərdə konsul və səfir vəzifələrində çalışdığını xatırladıb. E.Tatar Kıbrıs məsələsinin mahiyyətini bilən və müxtəlif araşdırmalar aparan Növber Ferit Vechinin Daşınmaz Əmlak Komissiyasının rəhbəri vəzifəsinə təyin olunduğunu böyük məmnuniyyətlə qarşıladığını söyləyib.
Daşınmaz Əmlak Komissiyasının fəaliyyətinin daha səmərəli şəkildə davam etdirilməsi üçün ayrıntılı işlərə ehtiyacı olduğunu ifadə edən E.Tatar, təyin olunan şəxsin ixtisaslı olmasının da vacib olduğunu vurğulayıb.
Maraşın açılışı ilə işlərin daha da çoxalacağını ifadə edən KKTC Cümhurbaşqanı vəzifəyə təyin olunan Növber Ferit Vechini təbrik edib və ona uğurlar arzulayıb.
Xatırladaq ki, Növber Ferit Vechi bu vəzifəyə təyin olunmazdan öncə KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri olub.