Bayraqdar.info – İrandakı mənbələrdən daxil olan məlumata görə, İslam Cümhuriyyətinin sərnişin daşıyan təyarələrinin 70 faizi yararsızdır.
Mənbələr bu haqda məlumatı İran Parlamenti Rəyasət Heyətinin üzvü Müctəba Yusifinin ictimailəşdirdiyini bildirir.
“Müctəba Yusifi mətbuata verdiyi açıqlamada ölkənin sərnişin daşıma təyarələrinin 70 faizinin yararsız vəziyyətdə olduğunu və istifadəyə yaramadığını açıqlayıb.
“O, bildirib ki, İranda mövcud olan 350 təyarənin yalnız 100-ü istifadə olunur və sərnişin daşımalarında çətinliklər yaşanır.
“M.Yusifi sanksiyalar səbəbindən təyyarələrin ehtiyat hissələrinin əldə edilə bilməməsi ucbatından hal-hazırda 250 sərnişin uçağının sıradan çıxdığını deyib”, – deyə məlumatda bildirilir.