Bayraqdar.info – “Xalqımıza və dövlətimizə verdiyimiz güvənlə yolumuza davam edirik”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, “Mülki müdafiə, fəlakətlərin idarə edilməsi və müdaxilə təlimi – 2021”in xüsusi müşahidəçi gününə qatılan E.Tatar bu cür addımların atılmasını davam etdirmək və xalqa güvən vermək vəzifələrinin olduğunu söyləyib.
Bildirilib ki, Gazi Mağusada, Palm Beach bölgəsində keçirilən təlimdə məqsəd Fövqəladə və Təbii Fəlakət Hallarını İdarəetmə Sistemi daxilində bütün bölmələrin hazırlıq səviyyəsini yoxlamaq, qurum və təşkilatlar arasında əməkdaşlığı və yardımı artırmaq və müəyyən edilməli olan çatışmazlıqları aradan qaldırmaqdır.
Təlimdən sonra dəyərləndirmə edən Cümhurbaşqanı E.Tatar Türkiyənin də verdiyi dəstək, həmçinin ötürülən bilik, bacarıq və yeniliklərlə KKTC-də infrastrukturun gücləndirildiyini qeyd edib.