Press "Enter" to skip to content

Belarusda Azərbaycanın Milli Qəhrəmanının xatirəsi anılıb

Bayraqdar.info – Belarusun Slutsk şəhərində Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı, mayor Anatoliy Davidoviçin xatirəsi anılıb.

Bu haqda oktyabrın 8-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev, Silahlı Qüvvələrin Belarusdakı hərbi attaşesi, polkovnik Elşən Rəhimov və səfirliyin nümayəndə heyəti 1992-ci ilin iyununda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Anatoliy Davidoviçin məzarını ziyarət ediblər. Səfirlik adından şəhidin məzarı önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Məlumatda qeyd edilir ki, səfirliyin əməkdaşları Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviçi də ziyarət ediblər. Görüşdə qəhrəmanın şücaəti, gənclik və xidmət illəri xatırlanıb. 1992-ci il iyunun 13-də döyüşlərin birində qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaəti Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

“K.Andreyevna da öz növbəsində oğlunun xatirəsinə olan ehtirama və özünə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Azərbaycan dövlətinə, səfirliyin və ölkənin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.

“Səfər çərçivəsində Ü.Baxşəliyev Slutsk şəhərinin rəhbəri Andrey Yankeviçlə də görüşüb”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.