Press "Enter" to skip to content

Batı Trakya müftisindən yunan hakim dairələrinə etiraz

Bayraqdar.info – “Yunanıstan Batı Trakyadakı müsəlman türk azlığına qarşı təzyiqini artırır.”

Birlik Gazetesi-nin məlumatına görə, bunu Gümülcinenin seçilmiş müftisi İbrahim Şerif Türkiyə mətbuatına verdiyi açıqlamda deyib.

Müfti həmin açıqlamasında yunan səlahiyyətlilərinin qanuni mexanizmlərdən Batı Trakyadakı müsəlman türk azlığına qarşı təzyiq vasitəsi olaraq istifadə etdiyini deyib: “Bildiyiniz kimi, mənim bir kütləvi sünnət mərasimində dua etməyim, orada olmağım vəzifə qəsbi kimi qəbul edildi və araşdırmaya məruz qaldım”.

O, müfti seçildiyi gündən bəri müxtəlif səbəblərdən prokuror və polis tərəfindən sorğu-suala məruz qaldığını vurğulayıb.

Keçirilməsi planlaşdırılan məhkəmə iclasının şahidlərinin xəstəlik səbəbiylə məhkəməyə gəlməməsinə görə yenidən təxirə salındığını vurğulayan İ.Şerif deyib ki, məsləhətləşdiyi yunan hüquq mütəxəssisləri də sözügedən hərəkətin “vəzifə qəsb etmə” çərçivəsinə düşmədiyini bildiriblər: “Beş ildir davam edən, Domoklun qılıncı kimi üstümüzdə dayanan bir məhkəmə var. 2017-ci ilin əvvəlindən bəri davam edən və hələ də lazımi şəkildə baxılmayan bir məhkəmə var. Mən bunun yunan hakim dairələri tərəfindən bizə qarşı bir təzyiq vasitəsi kimi istifadə edildiyini düşünürəm. Qanun deyilir, amma təzyiq edilir”.

Mission News Theme by Compete Themes.